2015-ci ilin yanvar ayında 65,933 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
Bu barədə Oxu.Az-a İcbari Sığorta Bürosundan məlumat verilib.
Bunların 16,7 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,1 milyon manata yaxın olub.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 30,3%, sığorta haqlarının məbləğində 35,7 artım müşahidə edilib.