"Kənd təsərrüfatı və iqlim riskləri bir-birindən ayrı qiymətləndirilə bilməz və kənd təsərrüfatının COP31-də əsas müzakirə mövzularından biri olacağı gözlənilir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün iqlimdə gedən proseslər kənd təsərrüfatındakı fəaliyyətlərdən də asılıdır:
"Ona görə bütün bunlar bir-biri ilə çox bağlı sahələrdir. Azərbaycanda kənd təsərrüfatı və iqlim dəyişmələri ilə bağlı məsələlər artıq üçüncü ildir, ciddi şəkildə araşdırılır və müvafiq proqramlar qəbul edilir".
"Kənd təsərrüfatı və iqlim məsələləri ilə bağlı elmi araşdırmaların genişləndirilməsi, ekspertlərin fikirlərinin nəzərə alınması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi vacibdir. Azərbaycan kənd təsərrüfatı və iqlim məsələlərinin daha geniş auditoriyada müzakirə olunmasında maraqlıdır", - deyə Prezidentin nümayəndəsi bildirib.