Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə Rusiyanın "Qazprom" şirkətinin baş direktoru Aleksey Miller arasında işgüzar görüş baş tutub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Xəbərdə qeyd edilir ki, tərəflər mümkün qarşılıqlı əlaqə istiqamətlərini müzakirə ediblər.