Kocaelinin Gebze rayonunda yeddimərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında qalan insanların xilasetmə əməliyyatı davam etdirilir.
Oxu.Az "Haber Global"a istinadla xəbər verir ki, dağıntılar altında bir ailənin beş üzvü qalıb.
Xilasetmə tədbirlər nəticəsində bir oğlan və bir qız uşağının meyitləri tapılıb, bir nəfər isə xilas edilib.
Hazırda qalan iki nəfərin axtarışları davam etdirilir.
İstanbuldan 60 kilometr məsafədə yerləşən Gebze qəsəbəsində altımərtəbəli bina çöküb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb.
Bildirilir ki, hadisə yerində xilasedicilər işləyirlər. Binanın yaxınlığında metro xəttinin çəkilişi işləri aparılırmış.
Ehtimallara görə, binanın dağıntıları altında təxminən altı nəfər qalıb.
Gebze meri Zinnur Büyükgöz bildirib ki, evdə yeddi nəfərdən ibarət iki ailə yaşayırdı, lakin çöküntü baş verən zaman onların evdə olub-olmadıqları hələlik bəlli deyil.