Rusiya bazarında azərbaycanlıların təsisçi olduqları şirkətlərin sayı 2021-ci illə müqayisədə 3,6 dəfə artıb.
Oxu.Az xəbər verir ki, "Rusprofile" kontragentin yoxlanılması və təhlili xidmətinin analitiklərinin "RİA Novosti"yə verdiyi açıqlamada belə deyilir:
"2021-ci ilin dekabrından etibarən Rusiya bazarında azərbaycanlı təsisçiləri olan şirkətlərin sayı 3,6 dəfə - 292-dən 1037 firmayadək artıb. Sahibkarlar 383 yeni qurum yaradıb və 500-ə yaxın mövcud Rusiya şirkətinə qoşulublar", - analitiklər bildiriblər.
Bunlar təsisçiləri və ya həmtəsisçiləri Azərbaycan vətəndaşları və ya təşkilatları olan şirkətlərdir.