“Bank Rossiya” fiziki şəxslərə verilən kreditlərin məhdudlaşdırılması məsələsinə baxır.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Bank Rossiya”nın sədrinin müavini Vasiliy Pozdışev Rusiya Banklar Assosiasiyasının konfransında deyib. Pozdışev bildirib ki, 2017-ci ilin yanvar-oktyabr ayında fiziki şəxslərin kredit portfelinin həcmi 9,8 faiz artıb. Hüquqi şəxslər üzrə bu rəqəm 2,9 faiz təşkil edib: “Fiziki şəxslərə verilən kreditlərin artım dinamikası bizi bu prosesi məhdudlaşdırmaq üzərində fikirləşməyə məcbur edir”.
L.Ə.