Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, ümumi çəkisi 560 ton olan buğda göndəriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
Məlumata görə, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, altı vaqondan ibarət, çəkisi 420 ton olan buğda ötən gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.