Oktyabrın 2-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron və Siyəzən Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.
“Azəriqaz” dan qeyd olunub ki, təmir müddətində Abşeron rayonun Ceyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
“Aparılan işlərin Qobustan rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür” - deyə, qurumdan bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az