Dekabrın 16-da saat 10:00-dan Abşeron, Qazax və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, təmir müddətində Şəmkirin Könüllü, Gəncənin Bağbanlar, Göy-gölün Nadel, Samuxun Alabaşlı, Masallının Təzə Alvadı və Köhnə Alvadı, Lənkəranın Xarxatan, Liman, Separadi, Boladi, Şirin su, Nərimanabad və Balıqçılar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
“Aparılan işlərin Xəzər rayonunun Zirə, Mərdəkan, Sahil və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə qurumdan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az