Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu gün saat 18:00-dək Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər rayonlarına, Yevlax və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilə qaz nəqli sistemində ölçü qovşaqlarının yenidən qurulması ilə əlaqədardır.