Səudiyyə Ərəbistanının kommersiya neft ehtiyatları 2015-ci ilin avqust ayında 326,6 milyon barelə çataraq, son 13 il ərzində yeni rekorda imza atıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Belə ki, iyulda ölkədə satılmayan neft ehtiyatlarının ümumi həcmi 320,2 milyon barel olub. Bununla yanaşı iyulda neftin gündəlik ixracı 7,28 bareldən avqust ayında 7 milyon barelə düşüb.
Oktyabrın 15-də Reuters agentliyi bildirib ki, Shell, Total və Eni şirkətləri, eləcə də Exxonun Amerika şöbəsi Avropa və Aralıq dənizində yerləşən neft emalı zavodları üçün Rusiya neftinin əvəzinə Səudiyyə neftinin alışını artırırlar. Bir neçə mənbə agentlik üçün Səudiyyə Ərəbistanının Qdanskda anbar axtardığını da təsdiqlədi. Bu Ər-Riyada Şərqi Avropada alıcılara neftin adət edilmiş sxemi üzrə: Niderland və Belçika limanlarından alışını təmin etmiş olacaq.
Səudiyyə Ərəbistanının ehtiyatları 2015-ci ilin may ayından rekord səviyyədədir, iyunda isə hasilat üzrə gündə 10,56 milyon barel mütləq rekord əldə edilib. Daha sonra istehsalat azalmağa başladı – iyulda günə 10,36 barel, avqustda 10,27 barel. Sentyabr istehsalatının həcmi günə 10,23 barel olub.