Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azərenerji” ASC-ni məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin son yaydığı hesabatda qeyd olunur.
2015-ci ilin yanvarın 14-də SOCAR “Azərenerji”nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.
SOCAR qeyd edir ki, “Azərenerji” borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.
Qeyd edək ki, borcun məbləği açıqlanmayıb.
Ülviyyə R. Əli
www.oxu.az