"Ədliyyə Nazirliyi son altı ayda elektron hərrac portalı (www.herrac.gov.az) vasitəsilə əldə olunan nəticələri açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Hərrac prosesi rəqəmsallaşandan sonrakı yarım ildə ümumi dəyəri 100 milyon manata yaxın olan 140 əmlak satılıb. 308 vətəndaş və şirkət artıq bu imkanlardan yararlanıb.
Bildirilib ki, hər bir şəxs bu prosesdə iştirak edə bilir. Bunun üçün sadəcə, qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq, 15 manat rüsum ödəmək və hərraca çıxarılan əmlakın kiçik faizi həcmində beh ödəmək lazım gəlir.
Hər hansı xüsusi rəqəmsal bacarıqlara ehtiyac yoxdur.
Hərrac açıq auksion formasında elektron qaydada keçirilir.
