2015-ci il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 752 660-a çatıb. Qeydiyyata alınmış abonentlərin 22 863-ü qeyri-əhali, 1 729 797-si isə əhali sektoruna aiddir.
Oxu.Az-a bu barədə “Azəriqaz” İB-dən bildirilib.
“Azəriqaz”-ın məlumatına görə, ötən rüb ərzində əhali kateqoriyasına aid 19 862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10 538-i Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin, 9 324-ü isə regionların payına düşür.
Əhali sektoru üzrə 123 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, eyni zamanda qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.