“Eurovison” mahnı müsabiqəsinin ilk qalibi Lis Assia builki yarışmada ölkələr arasında özünün “Top 20” siyahısını açıqlayıb.
Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, 91 yaşlı isveçrəli müğənni aralarında Azərbaycanın da olduğu iştirakçılarını və ifalarını bəyəndiyi ölkələrin adlarını belə sıralayıb:
1. Norveç
2. İspaniya
3. San-Marino
4. Estoniya
5. Böyük Britaniya
6. Azərbaycan
7. Gürcüstan
8. Macarıstan
9. İrlandiya
10. İtaliya
11. Polşa
12. Çexiya Respublikası
13. Avstraliya
14. Sloveniya
15. Avstriya
16. Almaniya
17. İsveçrə
18. Fransa
19. İsveç
20. Belçika
Xatırladaq ki, Lis Assia 1956-cı ildə Londonda keçirilən “Eurovision” mahnı müsabiqəsinin ilk qalibi olub. O, fransız mahnısı “Refrain”i ifa edib. Lis müsabiqənin bu il Avstriyanın paytaxtı Vyanada baş tutacaq 60-cı ildönümünün fəxri qonağı olacaq.
Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Ölkəmizi təmsil edən Elnur Hüseynov müsabiqədə “Hour Of The Wolf” mahnısını ifa edəcək.