Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ticarət müharibəsində fasilə: Birja indeksləri ABŞ və Çin razılaşmalarından sonra bərpa olunur
Aprel ayında ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları nəticəsində kəskin şəkildə ucuzlaşan əsas milli birja indeksləri bərpa olunmağa başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
İndekslərin yüksəlişi ABŞ və Çin arasında 10-11 may tarixlərində Cenevrədə keçirilən danışıqlar zamanı əldə edilən razılaşma ilə əlaqələndirilir. Tərəflər qarşılıqlı şəkildə gömrük rüsumlarını 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər. Bu müddət ərzində ticarət siyasətinə dair fikir ayrılıqlarının həlli üçün danışıqlar davam etdiriləcək. Razılaşmanın detalları bazar ertəsi açıqlanıb, çərşənbə axşamı isə bir sıra indekslər bu xəbərlərə müsbət reaksiya verib.
Xüsusilə, ABŞ-nin "S&P 500" indeksi aprel çöküşündən əvvəlki səviyyəni 3.1% ötüb. Vaşinqton və Pekin arasındakı ticarət münaqişəsindən ən çox zərər çəkmiş Çin, Kanada və Honkonq birjaları da artım nümayiş etdirib.
Eyni zamanda, Böyük Britaniya və Fransanın əsas indeksləri də tam bərpaya yaxınlaşır.
"ABŞ-Çin iqtisadi müharibəsi" teqi üzrə xəbərlər
- ABŞ lideri Çinə çip satışına tətbiq edilən məhdudiyyətləri yumşaldacaq
- ABŞ və Çin bəzi mübahisəli məsələlərini həll ediblər
- "Nvidia"nın rəhbərindən sərt açıqlama: "ABŞ öz çip bazarını Çinə uduzur"
- "General Motors" Çinə avtomobil tədarükünü dayandırır
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər