Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tramp Kanada məhsullarına rüsumları artırmaqdan imtina etdi
ABŞ Prezidenti Donald Tramp 12 martdan etibarən Kanadanın polad və alüminiumunun ABŞ-yə tədarükünə tətbiq ediləcək rüsumları 50%-ə qaldırmaq qərarından imtina edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Kuş Desay məlumat verib.
"Prezident Tramp 50%-lik rüsumlar tətbiq etmək üçün icra səlahiyyətlərindən istifadə etməklə hədələdikdən sonra, Kanadanın Ontario vilayətinin başçısı Daq Ford ABŞ-nin ticarət naziri Hovard Latnik ilə söhbətində elektrik enerjisi ixracına tətbiq etməyi planlaşdırdığı 25%-lik rüsumlardan imtina etdiyini bildirib", - deyə o söyləyib.
Desay Ağ Ev rəhbərinin əvvəlki sərəncamlarına uyğun olaraq, Kanada və digər ticarət tərəfdaşları üçün polad və alüminiuma tətbiq olunan 25%-lik rüsumların heç bir istisna və güzəşt olmadan 12 mart gecə yarısı qüvvəyə minəcəyini vurğulayıb.
"ABŞ-Kanada münasibətləri" teqi üzrə xəbərlər
- Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
- Kanadanın seçilmiş hökumət başçısından ABŞ-nin tərkibinə daxil olma məsələsinə reaksiya
- ABŞ-də Avropanı "təsəlli edəcək" mümkün liderin adı açıqlandı
- KİV: "Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxılmasını tələb edir"
- Trampın müşaviri ABŞ-Kanada sərhədinin yenidən nəzərdən keçirilməsinə çağırıb