Turizm Agentliyi 3,3 milyon manata binasını yeniləyir.
Oxu.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, Agentlik tərəfindən elan edilən açıq tenderə yekun vurulub.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu istiqamətdə görüləcək işlərlə bağlı “Vest-LTD” QSC ilə müqavilə bağlayıb.
Belə ki, Turizm Agentliyinin inzibati binasının əsaslı təmir və yenidənqurma işləri şirkətə həvalə olunub.
Bu təmir işlərinin təmin edilməsinə 3 milyon 299 min 992 manat sərf ediləcək.
Nigar Məmmədova