Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyədə dollar yenidən yüksəlişə keçdi - YENİLƏNİB
Dollar və avro türk lirəsi qarşısında bahalaşmaqda davam edir.
Oxu.Az xəbər verir ki, günə 6,30 dan başlayan dollar/lirə məzənnəsi 6,45 lirəyə qədər yüksəlib.
Beləliklə, dollar lirəyə nisbətdə 3,02% bahalaşıb. Avronun məzənnəsi isə 2,57% yüksələrək, 7,5 lirə təşkil edib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı bankalararası pul bazarında gecəlik borclanma limitini müvəqqəti olaraq 13 avqust tarixindən əvvəlki limitlərin iki misli qədər müəyyən edib.
10:24
Türkiyədə dollar Qurban Bayramı tətilindən sonra yenidən yüksəlişə keçib.
Oxu.Az xəbər verir ki, ötən gün 6.30 lirə təşkil edən dollar bu gün səhər saatlarına da məzənnəsini qoruyub.
Avronun məzənnəsi isə 7.35 lirədən əməliyyat görməyə başlayıb.
Qeyd edək ki, dollardakı dalğalanmaya ABŞ Mərkəzi Bankının gözlənilən toplantısı və bu iclasda faizlərin artımı ilə bağlı verəcəyi qərara dair proqnozlar səbəb olub.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə avtobus minik avtomobili və yük maşını ilə toqquşdu - Onlarla yaralı var
- İstanbulda Bosfor boğazı bağlandı
- Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
- Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ
- Türkiyədə güclü külək hava limanında problem yaradıb: Təyyarələr "havada qalıb"