Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xidmət rəisi: "ƏDV geri al" layihəsi hesabına dövriyyələrin artımı sürətlənib"
"Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib. Dövlət Vergi Xidməti bu yığımların operatoru rolunda çıxış edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" forumunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, bu yığımların toplanması üzrə səlahiyyətlər DVX həvalə edildikdən sonra və təşviq siyasətinin nəticəsi olaraq sosial daxilolmalar son 6 ildə 2.5 dəfə artıb və hazırda 5.7 milyard manatdan çoxdur:
"Bunun nəticəsində dövlətin sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalaraq 17.5 faiz təşkil edir. Önəmli göstəricilərdən biri də işəgötürənlərin sayının artım göstəricisidir.
Bu gün ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini ifadə edir.
Son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb ki, bu kassalar üzrə 2024-cü ildə dövriyyə 24.5 milyard manatdan çox olub. Yeni nəsil kassa aparatları, ictimai nəzarəti təmin edən "ƏDV geri al" layihəsi hesabına dövriyyələrin artımı sürətlənib. Bu, xüsusilə ticarət sektorunda müşahidə olunur".
Məhərrəm Əliyev
"Dövlət Vergi Xidməti (Vergilər Nazirliyi)" teqi üzrə xəbərlər
- Azərbaycan Dövlət Tərcümə Mərkəzinin törəmə şirkəti də ləğv olundu
- Yeni strategiya hazırlandı - Vergi sistemində nələr dəyişəcək?
- "Milyonluq kreditin ayrılmasını Nəcməddin Sadıkov xahiş etmişdi" - "Şlyapa Zahid"in məhkəməsi
- Azərbaycanda bir neçə xəstəxananın ləğvinə başlanıldı
- Azərbaycanda iki ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb