Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Tacikistanın keçmiş xarici işlər nazirinə həbs cəzası verildi](https://images.oxu.az/2025/02/13/Y3SG8nPClQXAPOPt5QMmQiyA1Lpi0O74qXaF4B3D:1200.jpg)
Tacikistanın keçmiş xarici işlər nazirinə həbs cəzası verildi
Tacikistanda dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş xarici işlər naziri Xamroxon Zarifi və bir sıra digər siyasətçilər məhkəmənin hökmü ilə 18 ildən 27 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu məlumatı Tacikistan Ali Məhkəməsi sədrinin birinci müavini Şavkat Lutfullozoda keçirdiyi mətbuat konfransında təsdiqləyib.
O, müvafiq suala cavabında bildirib ki, Tacikistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, eləcə də parlamentin keçmiş deputatı və Tacikistan Demokratik Partiyasının sədri Səidcəfər Usmonzoda 27 il, Demokratlar Partiyasının keçmiş sədr müavini, jurnalist Axmadşox Komilzoda 18 il, Tacikistanın Sosial-Demokrat Partiyasının sədri, hüquqşünas Şokircon Xakimov 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu işlə bağlı daha bir fiqurant - 1991-1992-ci illərdə ölkə prezidenti səlahiyyətlərini icra edən Tacikistan Ali Şurasının keçmiş sədri Akbarşo İskandarov da 18 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət çevrilişi işində, həmçinin təhlükəsizlik orqanının keçmiş işçisi Nuramin Qanizoda və respublikanın Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Abdulfaiz Atoi də iştirak edib. Onlara da müvafiq olaraq 18 və 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa, Şokircon Xakimovun qardaşı qızı, jurnalist Ruxşona Xakimova da məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar dövlətə xəyanət və bir sıra digər ittihamlar üzrə cəza alıblar.
"Həbs qətimkan tədbiri" teqi üzrə xəbərlər
- Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu
- "TikTok"da özünü şairə kimi təqdim edən İlhamə Elşadqızı ağır ittihamla HƏBS OLUNDU
- Azərbaycanda daha bir tiktoker həbs olundu
- Türkiyənin məşhur "Masterchef" proqramının münsifi Somer Sivrioğluna HƏBS cəzası verilib
- Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı
Rəylər