Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat naziri Ziya Məmmədovun 16 dekabr 2016-cı il tarixində Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbul vaxtı 30 dekabr 2016-cı il tarixinə dəyişdirilib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 14 dekabr 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq.
- Yevlax şəhəri, Bakı prospekti-31 (Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax regional şöbəsinin inzibati binası);
- Bərdə rayonu, Güloğlular kənd (Avtovağzalın inzibati binası);
- Ağdam rayonu, Quzanlı qəsəbəsi (Avtovağzalın inzibati binası).
U.A.
www.oxu.az