Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağcabədidə 10 kiloqramadək marixuana, çətənə kolları aşkarlanıb - FOTO/VİDEO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbir zamanı narkotik vasitə olan marixuananı daşımaqda şübhəli bilinən rayon sakini Etibar Quliyev saxlanılıb.
Onun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən olunub.
Keçirilən növbəti əməliyyat zamanı həmin mənbənin Ağdam rayon sakini Yavər Əbdürrəhimov olduğu aşkar edilib.
Y.Əbdürrəhimovun yaşadığı ünvana baxış keçirilən zaman 9 kiloqram 100 qram qurudulmuş marixuana və həyətyanı sahəsindən 8 ədəd çətənə kolu kökündən çıxarılaraq götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Y.Əbdürrəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Ağcabədi" teqi üzrə xəbərlər
- Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
- Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb