Ağcabədi rayonunda həmkəndlisi ilə mübahisə edən şəxs bıçaqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə rayonun Salmanbəyli kəndində yerləşən “Haramı düzü” adlanan sahədə qeydə alınıb.
Rayonun Salmanbəyli kənd sakini, 1981-ci il təvəllüdlü Elməddin Bəhmən oğlu Həsənov həmkəndlisi Kənan Həsən oğlu Həsənovla şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, K.Həsənovun qarın nahiyəsinə qəsdən bir bıçaq zərbəsi endirib.
Faktla bağlı araşdırma aparılır.