Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Arayik Arutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Arutyunyan hazırda Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben Vardanyanla bağlı danışıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, A.Arutyunyan onu çox yaxşı tanıdığını bildirib: "Ruben Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla dəfələrlə görüşmüşəm. Sonuncu görüş 2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında olmalı idi. İki ay yarım - üç ay müddətində "dövlət naziri" olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 17-də davam etdiriləcək.
"Arayik Arutyunyan" teqi üzrə xəbərlər
- Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib
- Yandırılmış 39 günlük körpə ilə bağlı videomaterialları Arayikə izlətdilər
- David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi"
- Arutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını deyib
- Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb