Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 27 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Rəşad Zəfərov yaşadığı ünvanda arvadı, zərərçəkmiş Maya Zəfərova (şərti) ilə çörəkpulu kartına görə ailədaxili münasibətlər zəminində mübahisə edib. Bu zaman o, qadının üzərinə hücum edib, yumruq ilə onun başına zərbə endirərək xəsarətlər yetirib.
Daha sonra Maya Zəfərovanın şikayəti əsasında Rəşad Zəfərov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Rəylər