Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"ASAN xidmət"də 10 mini götürüb qaçmışdı - 5 ay sonra tapıldı
"ASAN xidmət"də vətəndaşın 10 300 manatını götürüb qaçmaqda şübhəli bilinən şəxs 5 ay sonra tapılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, aylardır gizlənən Dəniz Mustafayev polis əməkdaşları tərəfindən tutulub.
Bu iş üzrə zərərçəkən Natiq Mustafayevdir. O, ötən ilin avqustunda pulunun qəribə yolla əlindən çıxdığı haqda şikayət etmişdi. Belə ki, Dənizlə Natiqin əvvəllər heç bir formada münasibəti olmayıb. Natiq dostlarının təkidi ilə Dənizə cəmi bir saatlıq pul verib. Dostlar söz veriblər ki, həmin pul hesabda görünəndən sonra 1 saat ərzində geri qaytarılacaq. Belə desək, zərərçəkmiş dostlarının xahişinin və yaxşılığının qurbanı olub.
Hadisə günü Natiq, Dəniz və dostları birgə 6 saylı "ASAN xidmət"ə gəliblər. Pulları götürüb guya hesaba mədaxil etmək üçün aşağı mərtəbəyə düşən Dəniz oradan qaçıb.
Natiqi Mustafayev başına gələnlər barəsində Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinə müraciət edib. Dərhal polis hərəkətə keçib, şikayət edilən şəxs axtarışa verilib.
Bir neçə gün əvvəl Dəniz tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Dəniz Mustafayev barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, ziyanı ödəyib barışıq əldə etməyəcəyi halda 5 ilə kimi həbsə məhkum edilə bilər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edildi
- Ədliyyə Nazirliyinin sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edildi
- Ucuz bilet satmaq adı ilə yarım milyon manatlıq dələduzluq edən şəxsə hökm oxunub
- Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib
- Keçmiş hakim 214 min manatlıq ziyanı ödəmədən AZADLIĞA BURAXILIB - ÖZƏL
Rəylər