Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Astarada 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 38 yaşlı Amid Bəşirli və əvvəllər məhkum olunmuş 44 yaşlı Nurlan Abbasov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslərdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 9 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların həmin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri müəyyən olunub.
Həyata keçirilən digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha iki nəfər - əvvəllər məhkum olunmuş Camal Rzayev və Günay Cəfərova da saxlanılıblar. Onlardan metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar
- Ağcabədidə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar
- Naxçıvanda ƏMƏLİYYAT: Saxlanılanlar var
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub