İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi(DİN) məlumat yayıb.
Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Vüsal Rüstəmov Qazaxıstan Respublikasında tutulub.
Onun ekstradisiyası üçün tədbirlər görülür.
N.O.