Gürcüstan polisi biri Azərbaycan vətəndaşı olmaqla iki nəfəri saxlayıb.
Oxu.Az Gürcüstan DİN-ə istinadən xəbər verir ki, onlar qanunsuz şəkildə odlu silah və sursatın əldə edilməsi və saxlanılmasında şübhəli bilinirlər.
24 yaşlı Azərbaycan vətəndaşı və 22 yaşlı digər şəxsin olduğu avtomobil Qardabanidə saxlanılıb. Avtomobildə axtarış aparılarkən polis əməkdaşları “TT” markalı tapança və 15 ədəd güllə aşkar ediblər.
İstintaq gedir.
N.О.
www.oxu.az