Azərbaycanda qətl hadisəsi törədilib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və ona bıçaqla xəsarət yetirib.
Qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxsin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu olduğu məlum olub.
Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Polisdən hərbi qulluqçu Rəşad Məmmədovun 25 yaşı olduğu da bildirilib.
Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R.Məmmədovun səhhəti pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib.
T.Babayeva hadisə yerində ölüb. R.Məmmədov könüllü olaraq Nizami (Gəncə) Rayon Polis İdarəsinə gələrək təslim olub.