Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda yeddi yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb
Göyçay rayonunda yeddi yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.
“Report” xəbər verir ki, rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
"Göyçay" teqi üzrə xəbərlər
- Polis Göyçayda əməliyyat keçirdi - Silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlandı
- Göyçayda biraylıq körpənin ölüm səbəbi bilindi
- Göyçayda ana və azyaşlı qızı qazdan zəhərləndilər
- Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub
- Su çəninin partlaması nəticəsində ağır xəsarət alan qadınla bağlı AÇIQLAMA