Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanlı gənc Rusiyada qətlə yetirildi
Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb.
Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.
Mərhumun yaxınlarının verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi
- Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT
- Abşeronda 52 yaşlı kişi qətlə yetirildi
- Hərbi xidmətdən ezamiyyətə gələn gizir tanışını döyüb öldürdü
- Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata AĞIR CƏZA
Ən çox oxunanlar