Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq əməkdaşına hökm oxundu
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək həbs olunan, Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləmiş Camal Cavadzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, məhkəmə iclasında təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin qərarı ilə Camal Cavadzadə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, Camal Cavadzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Samir Əli
"Vəzifə səlahiyyətlərindən sui-istifadə" teqi üzrə xəbərlər
- 11 milyon manat mənimsəmədə təqsirləndirilən Bulvar İdarəsinin sabiq sədri: "Təzyiq altındayam"
- Daha bir QHT rəhbərinin həbs müddəti artırıldı
- İlahə Mirzəyevanın vəzifəsindən sui-istifadə etməsi ilə bağlı səs yazısı YAYILDI - AUDİO
- Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
- Dənizkənarı Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi başlayır - 12 milyonluq mənimsəmə