Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda azyaşlı qızına əzab verən, arvadı ilə qayınatasını döyən şəxsə hökm oxundu
Xəzər Rayon Məhkəməsində əzab vermə, işgəncə vermə və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Elnur Qurbanovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 2 il 5 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs edilib.
İttihama görə, Elnur Qurbanov 2019-cu ilin yay aylarında yaşadıqları Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evində ona məxsus avtomobilin siqnal verdiyini eşidib. Sonra o, avtomobilin pultunun yetkinlik yaşına çatmayan 2014-cü il təvəllüdlü qızı, zərərçəkmiş M.M.-in (ad, soyadı şərtidir) əlində olduğunu görüb. Bu zaman Elnur qızını danlayıb və ona bir neçə dəfə vuraraq xəsarət yetirib.
Bundan sonra Elnur 13 fevral 2024-cü il tarixə kimi olan müddət ərzində mütəmadi olaraq müxtəlif vaxtlarda və şəraitdə cüzi hərəkətlərini bəhanə edib yenə yaşadıqları evdə dəfələrlə qızını döyməklə ona fiziki ağrı yetirərək əzab və işgəncə verib.
Bundan başqa, təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 8 radələrində yaşadığı evin həyətində ona həyat yoldaşı ilə mübahisə yaratmasını irad tutan qayınatası, zərərçəkmiş Qalib Yusifovla (ad, soyadı şərtidir) onun ailəsinə müdaxilə etməsini bəhanə edib. Sonra o, arvadı ilə ailə-məişət zəminində mübahisə edib. Bu zaman qəflətən həyat yoldaşının dirsək və diz nahiyələrinə yumruğu ilə qəsdən vurub. Daha sonra Elnur orada olan qayınatasının sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi endirərək onun sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra Elnur Qurbanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi
- Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik İDDİA
- Dəhşətli cinayətdə ŞOK DETAL: "Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi"
- Pula görə dayısını bıçaqlayan şəxsə HÖKM OXUNDU
- 56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona xəsarət yetirdi - TƏFƏRRÜAT