Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda bank kartlarından 25 min manat oğurlayan şəxslər SAXLANILDILAR
Bakı şəhərində bank kartından oğurluqda və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən - 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
- "Komedixana"nın aktrisası Zarina Qurbanovanın atasına HÖKM OXUNDU
- Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
- Reketçilikdə ittiham olunan jurnalistlərə HÖKM OXUNDU
- Rusiyada məktəbli qız anasının telefonundan dələduzlara yarım milyon rubl köçürüb
Ən çox oxunanlar