Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı
Bakının Sabunçu rayonunda kəsici alətlə evə hücum edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-də paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birinə daxil olan naməlum şəxsin ev sahibinə kəsici alətlə xəsarət yetirərək pul və mobil telefonunu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda qeyri-adi talama hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakıdakı bağçada dəhşətli HADİSƏ: Müdir yayılan videodan DANIŞDI
- Bakıda qadının onlarla adamı ucuz aviabiletlə aldatdığı iddia olunur: "Kasıb ailənin övladı deyil"
- Ermənilərin təxribat törətməkdə əsas məqsədi nədir? - Xəbərlərin 20:00 buraxılışı
- Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR
Rəylər