Bakıda dələduzluq hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 9-cu Polis Bölməsinə müraciət edən Ağdam rayonundan məcburi köçkün, 1953-cü il təvəllüdlü Mikayılov Məhəmməd Bəşir oğlu xeyli miqdarda pulunun mənimsənildiyini deyib.
O, bildirib ki, apreldə Niyazi küçəsi 1 ünvanının (ARDNŞ-in binasının) qarşısında Xocalı rayonundan məcburi köçkün olan 1988-ci il təvəllüdlü Əmirli Vüsal Kamil oğluna məcburi köçkünlər üçün nəzərdə tutulmuş binada mənzil almaq üçün 2000 manat pul verib. lakin V.Əmirli vədinə əməl etməyib və pulu mənimsəyib.