Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda marketlərə qənim kəsilən şəxslər SAXLANILDILAR - ANBAAN VİDEO
Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq, 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuşlar - 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar.
Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda yarım milyonluq oğurluqda şübhəli bilinən çinlilərin məhkəməsinə hazırlıq başladı
- Bakıda biznesmenin avtomobilindən külli miqdarda pul oğurlayan şəxs SAXLANILDI
- Oğurluq etdiyi evə yenidən eyni məqsədlə daxil oldu: Bu dəfə ƏLƏ KEÇDİ
- Bakıda avtomobildən 15 min avroya yaxın pul oğurlanıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar