Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bako Saakyan: "Qondarma rejimin "ordusu" Ermənistan silahlı qüvvələrinə tabe idi"
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib ki, qondarma rejimin "ordusu" Ermənistan silahlı qüvvələrinə tabe olub.
Oxu.Az xəbər verir ki, o, qondarma rejimin "ordusu"nun Ermənistan silahlı qüvvələrin ən böyük silahlı birləşməsi olduğunu deyib.
B.Saakyan qeyd edib ki, qondarma rejimin "müdafiə naziri", "silahlı qüvvələrin baş qərargah rəisi" və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O bu işlərə qarışmadığını deyib və bildirib: "Biz bunu gizlətmirdik".
Təqsirləndirilən şəxs etiraf edib ki, qondarma rejimin "hərbi qurum"ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Arutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını deyib
- Bako Saakyan: "Qarabağa silah-sursat Ermənistandan gətirilirdi"
- Qukasyandan ETİRAF: "Qondarma rejimin "büdcə"sinə Ermənistan tərəfindən vəsait ayrılıb"
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR