Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan şikayətlə bağlı həyata keçirdikləri tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıblar.
Fotoda Mübariz Nağıyev:

M.Nağıyev və E.Əliyevin, əsasən, stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəldikləri, zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçirdikləri bildirilir.
Fotoda Elmar Əliyev:

Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli