Bakının Nərimanov rayonu ərazisində vətəndaşlardan birinin "Toyota" markalı avtomobilinin üzərindən dövlət qeydiyyat nişanı oğurlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Sarxanov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, R.Sarxanov zərərçəkmişin ona borcu olması səbəbindən həmin şəxsin avtomobilinin dövlət qeydiyyat nişanını talayıb.
Məhkəmənin qərarı ilə o, 40 sutka inzibati qaydada həbs edilib.