“Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç beynəlxalq axtarışa verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, S. Kriman ölkədə olmadığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda S. Krimanın saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

A.M.