Cəlilabad rayonunda oğlan atasını və bacısını bıçaqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Adıçəkilən kənd sakini 1995-ci il təvəllüdlü Əjdər Rasim oğlu Nəhmədov ailə münaqişəsi zəminində atası 1966-cı il təvəllüdlü Rasim Nəhmədov və bacısı 1999-cu il təvəllüdlü Təhminə Nəhmədovanın bədəninə çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralı ata və qızı yaxınları tərəfindən Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Hazırda yaralı ata və qızının durumu normaldır. Zərərçəkənlərin sözlərinə görə, onları bıçaqlayan Əjdər ailədə tez-tez münaqişə yaradıb.