Daşkəsən sakininin evindən silah tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı “AKS” markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
A.M.