Daxili İşlər Nazirliyi (DİN) Balakəndə güllələnmiş kişi meyitinin tapılması faktı ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 3-də Balakən rayonu ərazisində Qullar kənd sakini Vaqif Umarovun ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.
Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Balakən Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.