Şəki Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Valeh Xankişiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 1 avqust 2024-cü il tarixdə saat 01:41-də Ağdaş şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Valeh Xankişiyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb.
Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Elton Müşviq oğlu aldığı Hüseynov xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra Valeh Xankişiyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
İttihamda göstərilib ki, hadisə zamanı sürücü sərxoş vəziyyətində olub.