Gəncədə kirayədə qaldığı evin sahibini döyüb evi qarət edən şəhər sakini tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 14-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Məlikov şəhər ərazisində kirayədə yaşadığı mənzildə, oranın sahibi Güllü Hüseynovanı və nəvəsi Zərifə Bayramovanı döyüb, Zərifənin qızıl boyunbağısını alaraq hadisə yerini tərk edib.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məlikov tutulub.