Azərbaycan illər sonra yenidən Hollivudda keçriləcək "The World Championships of Performing Arts" beynəlxalq incəsənət müsabiqəsində iştirak edəcək.
Bu haqda məlumatı Oxu.Az-a tanınmış təşkilatçı Aqil Məmiyev verib:
“Ölkəmiz illər sonra yenidən "The World Championships of Performing Arts“ beynəlxalq incəsənət müsabiqəsində iştirak edəcək. Müsabiqə Amerka Birləşmiş Ştatlarının Koliforniya ştatında keçriləcək. İyul ayının 10-dan 18-ə qədər davam edən müsabiqədə müğənnilər, aktyorlar, rəqqaslar, rəqs qrupları, modellər, musiqiçilər, vokalistlər ölkəmizi təmsil edəcəklər. Dünya və Hollivud ulduzları ilə eyni müsabiqədə olmaq həqiqətən bir fəxr hissidir. Öncədən seçiləcək təmsilçilərimizə uğurlar diləyirəm.
Kastinq yolu ilə seçilən təmsilçilərimiz təşkilatı Azərbaycan üzrə komitənin və müsabiqənin prezidentinin rəyinə əsasən ölkəmizi mötəbər yarışda təmsil edəcəklər”.
Nəzərinizə çatdıraq ki, illər öncə bu müsabiqədə ölkəmizi tanınmış skripkaçı Ceyhun, xalq aristi İlhamə Quliyeva, model Valida Abbasova və başqaları təmsil etmişdir. Müsabiqənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Aytən Sadıqzadə