Fevralın 9-u saat 14.00 radələrində Gəncədə ana və qızı naməlum şəxs tərəfindən bıçaqlanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Atatürk prospekti, ev 265 ünvanında 1981-ci il təvəllüdlü Mehdiyeva Şəmsinur Yusif qızı və onun anası, 1956-cı il təvəllüdlü Mehdiyeva Kəmalə Kamil qızına şəxsiyyəti hələlik müəyyənləşməmiş şəxs çoxsaylı bıçaq zərbələri endirib.
33 yaşlı Ş.Mehdiyevanın bədənində 20-dən çox, anasının bədənində isə 5 bıçaq yarası aşkarlanıb. Xəstəxanaya yerləşdirilən ana və qızının vəziyyəti ağırdır.
İlkin məlumata görə, hadisəni törədən şəxs Ş.Mehdiyeva ilə tanış olmaq məqsədi ilə ona yaxınlaşıb. Qadından rədd cavabı alan şəxs onların evinə gələrək bu hadisəni törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.